Çərşənbə axşamı , May 21 2024
azfa

Tehranda sərgidən Azərbaycan türkcəsində kitablar yığışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda iki gün öncə Azərbaycan türkcəsində kitablar çap edən bir sıra mətbəələrin kitabları Tehranın Kitab Sərgisindən yığışdırılıb.

Bu haqda azərbaycanlı şair və ictimai fəal Səid Muğanlı “İnstagram” hesabında paylaşım edib.

Səid Muğanlı bu barədə yazıb: “Bayatılar, Azərbaycan nağılları, Səməd Behrənginin nağılları, “Bağlama pəncərəsi”, Nəsiminin divanı, habelə professor Zehtabinin bütün kitabları, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Turan tarixi və çapına icazə verilmiş digər kitablar İslam İrşadı Nazirliyi tərəfindən sərgidən qaldırılıb”.

Bununla yanaşı, Dr. Cavad Mirinin yazdığı “İran beş rəvayətdə” kitabı da müsadirə edilən əsərlər arasında olub.

Qeyd olunub ki, İranın ETTELAAT orqanlarına bağlı anti-Azərbaycan təbliğatı aparan “Azəriha” saytının üzvləri paniranist ekspert Salar Seyfəddinin rəhbərliyi ilə sərgidə dolaşaraq kitablarla bağlı ETTELAAT qüvvələrinə xəbər veriblər.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Anıt qəbriri ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə XİN: ”Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşür”

GADTB: Türkiyə Krım tatarlarının və qardaş Qafqaz xalqlarının ağrı-acılarını bölüşdüyünü açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi …