Çərşənbə , Noyabr 11 2026
azfa

Tehrandaın Evin həbsxanasının qarşısında azərbaycanlı fəallar həbs edildi

GADTB: Bu gün səhər saatlarında Tehranın Evin həbsxanasının qarşısında bir qrup azərbaycanlı fəalın həmrəylik məqsədli toplaşması polis müdaxiləsi ilə nəticələnib və bir neçə nəfər saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında Abbas Lisanı, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti də var. Hadisə zamanı daha bir neçə fəalla əlaqə kəsilib və yaxın saatlarda saxlanılanların sayının artacağı ehtimal olunur.

Bu şəxslər, hal-hazırda Evin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbuslar Tahir Nəqəvi və Vədud Əsədinin ailələrinə dəstək məqsədilə Tehrana getmişdilər. Naqəvi və Əsədi aylarla davam edən məhbusluqdan sonra, mülki və siyasi fəaliyyətlərinə görə 15 gündür aclıq aksiyasını davam etdirirlər. Onların səhhəti ilə bağlı narahatlıqlar artır.

Bu vəziyyətlə əlaqədar Abbas Lisanı bəyan etmişdi:

“Əgər sabah axşama qədər məhbusların və ailələrinin tələblərinə cavab verilməsə, mən də Evin həbsxanası qarşısında onlara qoşulacağam.”

Bu vəd artıq reallaşıb. Azərbaycan milli hərəkatının tanınmış simaları, ailələrə mənəvi dəstək göstərmək və ədalətsizliyə etiraz etmək üçün bir daha öz iradə və həmrəyliyini nümayiş etdiriblər.

Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi – Azərbaycan türklərinin hüquqları, kimliyi və dili uğrunda fəaliyyət göstərən siyasi məhbuslardır. Onların yeganə “günahı” azadlıq və ədalət tələb etmək olub.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …