
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsinə etiraz olaraq dərsləri dayandırıblar.
Tələbələr Birliyinin sosial media hesabının məlumatına görə, aprelin 21-dən başlayaraq, kompüter mühəndisliyi, energetika, sənaye, toxuculuq və riyaziyyat fakültələrində dərslər dayandırılıb.
Tətil 200 tələbənin məcburi hicab qaydalarını pozduqları bəhanəsi ilə universitetə buraxılmamasından sonra başlayıb.
Qeyd edək ki, aprelin 13-dən ba.da Tehran olmaqla İranın bir neçə şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib. Bu, bir müddət əvvəl isə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.