GADTB: Azərbaycanlı milli fəallar Murtəza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Kərəm Mərdanə, Baqirr Hacizadə və Ayaz Seyfxah İran kəşfiyyat qüvvələri tərəfindən qanunsuz həbslərinin yeddinci ayına daxil olublar.
Azərbaycanlı milli fəallar indiyədək ETTELAAT orqanlarının müdaxiləsi və məhkəmə orqanlarının maneələri üzündən vəkil, mütəxəssis həkim tapa bilməyib və girov müqabilində müvəqqəti azadlığa çıxa bilməyiblər və onlar hələ də müvəqqəti həbsdədirlər.
Qeyd edək ki, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Əzimi Qədim, Hüseyn Piri, Tahir Nəqəvi, Kərəm Mərdanə, Murtəza Pərvinin rejimin ETTELAAT qüvvələri tərəfindən bu günə qədər həbs olunduqdan 7 ay keçib. Lakin onlar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.