GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın şimalındakı və Suriyadakı sığınacaq yerlərindən qaçan PKK-lı 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Milli Müdafiə Nazirliyinin “twitter” səhifəsində yer alan məlumatda terror təşkilatı PKK-dakı dağılma prosesinin davam etdiyi bildirilib.
Açıqlamada İraqın şimalındakı sığınacaq yerlərindən qaçan PKK-lı 4 terrorçunun Ssilopidə, Suriyadakı sığınacaq sahələrindən qaçan PKK-lı bir terrorçunun isə Nusaybində təhlükəsizlik qüvvələrinə təslim olduğu qeyd edilib.