Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Terror təşkilatı Sepah-ın komandirləri Xameneyinin nüvə silahlarını qadağan edən fətvasının ləğvini istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi nüvə silahı istehsalı ilə Qərbi şantaj etməyə çalışır.

Rejimin terror təşkilatı Sepah-ın komandirlərinin Xameneyinin nüvə silahlarını qadağan edən fətvasının ləğv etməsini istədikləri barədə məlumat yayılıb.

“Teleqraf” qəzeti məlumatlı adının açıqlanmasını istəməyən İran rəsmisinə istinadən yayıb. Qəzet yazıb ki, İranın bir neçə yüksək rütbəli hərbi komandiri son aylarda, xüsusən də Donald Trampın seçilməsindən sonra mövqelərini dəyişib və ilə nüvə bombası istehsalına ciddi çağırışlar ediblər.

Məlumata görə, Sepah komandirləri İranın ali rəhbəri Əli Xameneyiyə deyiblər ki, Qərbdən gələn təhlükələrə qarşı çıxmaq üçün nüvə silahı hazırlamalıdırlar.

“Xameneyi amerikalılarla danışıqları və nüvə silahının hazırlanmasını qadağan edib. Xameneyi İranı süquta doğru sövq edir”, – deyə, qəzetdə bildirilib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …