Cümə axşamı , May 30 2024
azfa

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla bağlı aksiya keçirilib.

Sulduz qətliamının ildönümü ilə eyni vaxtda Azərbaycan Milli Hərəkatının Urmiya şəhərindəki fəalları iraqlı kürd mühacirlərin Qərbi Azərbaycana gəlişi mövzusunda divarlara posterlər yapışdırıblar.

Qeyd edək ki, kürd terrorçuları 20 aprel 1979-cu ildə azərbaycanlılara qarşı soyqırım törədiblər.

20 aprel 1979-cu ildə Güney Azərbaycanın Sulduz (indiki Nəqədə) şəhərində kürd terrorçuları azərbaycanlıları kütləvi şəkildə qətlə yetiriblər.

İranda Şah hakimiyyətinin devrildiyi bir vaxtda ölkədə vəziyyətin gərginləşməsindən istifadə edərək, kürdlər ilk öncə 20 fevral 1979-cu ildə Məhabad qarnizonunu ələ keçirdilər. Daha sonra onlar İran Kürdüstan Demokratik Partiyası adı altında ölkədə hərbi bazaları qarət edib Sulduz şəhərinə yollandılar. Sulduz qətliamı kimi tarixə düşən hadisə Azərbaycan torpaqlarında kürdlərin nüfuzunu artırmaq, həmçinin Kürdüstan qurmaq məqsədi ilə törədilib.

 20 aprel 1979-cu ildə təxminən 20 min silahlı kürd terrorçuları, əsasən, azərbaycanlıların yaşadığı Sulduzda mitinq keçirmək üçün yola düşdülər. Həmin zaman kürd terrorçuları İran Kürdüstan Demokratik Partiyasının lideri Abdurrəhman Qasımlı başda olmaqla şəhərə daxil oldular. Kürdlərin gəlişi zamanı şəhər sakinləri öz təhlükəsizlikləri üçün partiya rəhbərlərini mitinqi başqa yerdə və ya silahsız keçirməyə razı salmağa çalışdılar. Buna baxmayaraq, kürd terrorçuları mitinq üçün şəhərin stadionunda toplaşdılar. Mitinq başladıqdan bir müddət sonra kürdlər şəhərə hücum edib, azərbaycanlıları öldürməyə başladılar.

Çox az sayda silahları olan yerli əhali dini şəxsiyyət Molla Həsəni ilə birgə şəhərin Qala Başı və İmam küçəsindəki yüksəklikləri ələ keçirməyi bacardılar. Bir neçə gün keçdikdə qarşıdurmalarda ağır itki verən kürd terrorçuları şəhəri tərk etdilər.

Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də kürd terrorçularından ağır zərbələr alıb. Nəticədə 2000-dən artıq azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

 Molla Həsəni öz xatirələrini topladığı kitabda Sulduz qətliamı haqqında məlumat verib: “Hadisədən bir gün sonra şəhərdə iki evi çox yaxından gördüm. Bir evdə 11 nəfəri başı kəsilmiş vəziyyətdə görəndə mənə çox pis təsir etdi, üç yaşında qızın başını şişlə anasının sinəsinə tikmişdilər, 22 nəfər boğazdan asılaraq edam edilmişdi, digər evdə isə bir gənci balta ilə doğramışdılar…”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərindən olan azərbaycanlı fəal Sina …

Molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Vəli Zöhrabini qeyri-müəyyən …