Bazar ertəsi , Yanvar 20 2025
azfa

Terrorçu Sepahın sərnişin təyyarəsini vurub günahsız insanları öldürdüyü üçün kömpensasiya tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanada, İsveç, Ukrayna və Böyük Britaniya sərnişin təyyarəsinin terrorçu Sepah tərəfindən vurulması ilə bağlı İrandan öhdəliklərini yerinə yetirməyi tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bir sıra tələblər irəli sürdük: təyyarənin vurulmasına səbəb olan halların tam bildirilməsi, açıq şəkildə üzr istənilməsi, təyyarənin geri qaytarılması və s. Həmçinin gələcəkdə analoji halların yaşanmaması üçün zəmanət verilməsini, qurbanların yaxınlarına milliyyətindən asılı olmaraq kompensasiya ödənilməsini istədik”, – XİN-dən verilən açıqlamada bildirilib.

Qeyd edək ki, Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus Boinq 737-800 təyyarəsi 8 yanvar 2020-ci il tarixində Tehran hava limanından qalxdıqdan bir müddət sonra vurulub. Nəticədə təyyarədə olan İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları – ümumilikdə 176 nəfər ölüb.

İran bir neçə gün dansa da, təkzib olunmaz faktlar üzə çıxdıqdan sonra Ukraynaya məxsus “Boinq”in Sepah tərəfindən vurulduğunu açıqlayıb.

Həmçinin yoxlayın

Molla rejimin Marağada həbsdə saxladığı azərbaycanlı fəal aclıq aksiyasına başladıqdan sonra təkadamlıq kameraya salındı

GADTB: Marağa zindanında 1 illik həbs cəzasını çəkən Muxtar İbrahimi aclıq aksiyasına başlayıb.   Azərbaycanlı …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və sayın İsa bəy Qəmbərin “TBA TV“də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …