GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu sepahı tərəfindən vurulan Ukrayna Hava Yollarına məxsus Boinq 737-800 sərnişin təyyarəsinin göyərtəsində olan ekipaj üzvləri birinci raket zərbəsi zamanı sağ olublar.
Bu barədə İran Mülki Aviasiya Təşkilatından məlumat yayılıb.
Belə ki, uçuş qeydçiləri birinci raketin partlamasından sonra Ukrayna təyyarəsinnin ekipajının söhbətini lentə alıblar.
Bildirilib ki, ekipaj son ana qədər təyyarəni idarə edib. Lakin sepah dər hal digər raketlərlə təyyarəni və bütün sərnişinləri məhv edib.