Cümə axşamı , Dekabr 2 2021
azfa

Terroru dəstəkləyən İran qaçırılan Gulf Sky gəmisi ilə gizli neft qaçaqçılığı edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaçırılan “Gulf Sky” gəmisinin keçmiş heyəti, gəminin qaçırılmasının ayrıntılarını açıqlayıb ki, bu da İranın gizli neft qaçaqmalçılığı donanmasında fəaliyyət göstərdiyindən xəbər verir.

 2020-ci ilin iyul ayında “Gulf Sky” gəmisi heyəti ilə birlikdə BƏƏ sularından yoxa çıxmışdı. Bir neçə gün sonra gəmi İranda peyda olub və indi neft satışına görə sanksiyaları pozaraq “gizli donanmada” İran rejiminə kömək etməkdə şübhəli bilinir.

Gəminin yoxa çıxması ilə bağlı “BBC”yə müsahibə verən 8 keçmiş heyət üzvü bir qrup silahlı tərəfindən qaçırıldıqlarını bildiriblər. Gəmi kapitanı Cuginder Sinxqdən başqa hər kəs, öz təhlükəsizliyi və həyatından qorxaraq adlarının çəkilməməsini istəyiblər.

Kapitan Cuginder Sinqxin sözlərinə görə, hamısı qara geyimdə olan silahlı üç nəfər gəmiyə mindikdən sonra deyiblər: “Sizə zərər vermək istəmirik, amma məcbur qalsaq, verəcəyik. Amerika bu gəmini oğurlayıb və biz onu geri alırıq”.

Dənizçilərdən biri deyir: “Öncə onların dəniz quldurları olduqlarını düşünürdük, amma son dərəcə profesional idilər – nə etdiklərini bilirdilər”.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …