Cümə axşamı , Oktyabr 3 2024
azfa

“The Middle East Monitor” Sepah terror təşkilatının Azərbaycanda “Hüseynçilər” terrorçu hərəkatını yaratdığını yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla Azərbaycan arasında artan gərginlik fonunda İranın Sepah terror təşkilatı tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib.

 “The Middle East Monitor” portalının bu barədə dərc etdiyi yazının müəllifi Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.

“Lakin hərəkat rəsmən bu günlərdə aktiv edilib. “Hüseynçilər”, yaxud “Hüseyniyun” İslam Respublikasının Yaxın Şərqdəki “Müqavimət oxu” (Axis of Resistance) kimi bilinən digər müttəfiqlərinin bütün simvollarına-sarı və yaşıl rənglərin birləşməsinə, hücum silahı tutmuş ələ malikdir”, – müəllif bildirir.

Qeyd edək ki, İran rejimi müxtəlif ölkələrdə belə terror qruplaşmaları yaratmaqla həmin ölkələri xarabalığa çevirib. İranın artıq Yəmən, Suriya, İraq, Livan və s. ölkələrdə belə qruplarının üzündən həmin ölkələr artıq xarabalığa çevrilib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …