GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The New York Times” qəzeti İran rəsmilərinə istinadən yazıb ki, Rusiya özünün hava hücumundan müdafiə və radar avadanlıqlarını İrana çatdırmağa başlayıb.
Həmin avadanlıqların bəziləri İranın Kremldən istəyi əsasında və İran prezidenti Məsud Pezeşkianın Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul etməsi fonunda hazırlanıb.
Bildirilib ki, Məsud Pezeşkian Sergey Şoyqu ilə görüşündə Rusiyanın çətin vəziyyətlərdə İranın yanında olduğunu deyib.
Qeyd edək ki, Rusiya İrana S-400 hava hücumundan müdafiə sistemləri tədarük etməyə başlayıb.