The Washington Post: “İsrail yaxın 6 ay ərzində İrana hücum edə bilər”

GADTB: “The Washington Post” qəzeti yazıb ki, İsrail yaxın aylarda İranın Fordo və Natanz nüvə obyektlərinə qabaqlayıcı hücum həyata keçirməklə Tehranın nüvə_layihəsini bir neçə həftə, bəlkə də bir neçə ay gecikdirməyə cəhd göstərəcək.

Bildirilib ki, bu addım Yaxın Şərqdə gərginliyi artıra və geniş regional münaqişə ehtimalını canlandıra bilər.

“2025-ci ilin ilk altı ayında İsrailin İranın Fordo və Nətənzdəki nüvə obyektlərinə hücumu ehtimalının olduğu barədə xəbərdarlıq edilib. İsrailin İrana hücumu Tramp üçün ilk sınaqdır. Hazırda iki ssenari nəzərdən keçirilir. Birinci hücum varinatında İsrail İranın hava məkanından kənarda nüvə obyektlərinə ballistik raketlər atacaq. İkinci variant isə daha risklidir. Belə ki, İsrail qırıcıları İranın hava məkanına daxil olub, nüvə obyektləri üzərindən uçacaq və sığınacaq əleyhinə olan BLU-109 bombaları atacaq”, – deyə, qəzet qeyd edib. /Azad İran

Həmçinin yoxlayın

Azərbaycan nümayəndəsi BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb – VİDEO

GADTB: Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə …

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …