Şənbə , Aprel 19 2025
azfa

Tikantəpə şəhərində əməkhaqqı ala bilmədiklərinə görə etiraza qalxan bələdiyyə işçiləri polis tərəfindən güllələniblər

GADTB: Martın 3-də Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərində bir neçə aydır əmək haqlarının ödənilməməsinə etiraz olaraq aksiya keçirən bələdiyyə işçilərinə atəş açılıb.

Hadisə dünən baş verib. Bir neçə aydan bəri əməkhaqqı və bir neçə ilin əlavə ödənişini ala bilməyən işçilər bələdiyyənin həyətində etiraz aksiyası keçirərək öz haqlarını tələb etməyə başlayıblar, polislər həyətə daxil olaraq onlara atəş açıb. Yaralılardan 5 nəfəri müxtəlif xəstəxanalara yerləşdirilib.

Yaralılardan birinin oğlu Əmirrza Muradi “İnstagramda” səsli paylaşım edərək bildirib ki, atası öz haqqını tələb edib, amma polislər onu güllələyib.

https://t.me/GADTB1/40799

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …