Bazar ertəsi , İyul 22 2024
azfa

Tikantəpənin qızıl mədənində müstəmləkəçilərlə yerli əhali arasında qarşıdurma baş verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsinin Zərşoran Qızıl Mədənində yerli əhali ilə müstəmləkəçi farslar arasında qarşıdurma olub.

Əhaliyə qarşı Tehrandan gətirilən mühafizəçilərin zor tətbiq etməsi toqquşmaya yol açıb.

Tikantəpənin Zərşoran Qızıl Mədəninin müdiriyyəti zavodun mühafizəsini Tehranın Peyame Nəsr Şirkətinə tapışırıb. Bölgədə işsizlik səviyyəsinin yüksək olduğu bir halda, şirkət yerli əhalidən heç kimsəni işə qəbul etməyib və 30 mühafizəçini Tehrandan bölgəyə gətirib. Bu isə yerli əhalinin narazılığına səbəb olub.

İyulun 17-də mədəndə işləyən yerli işçilər və Tikantəpə əhalisi bu məsələyə dinc şəkildə etirazlarını bildirdiklərində işə tehranlı mühafizəçilər onlara hücum ediblər. Nəticədə ciddi qarşıdurma olub.

Qarşıdurmada mədənin inzibati binasına, yeni mühafizəçilərə məxsus avtomobillərə və işçilərin yataqxanasına xəsarət dəyib. Hər iki tərəfdən bir neçə nəfər yaralanıb.

Qarşıdurmanın kəskinləşəndən sonra qızıl mədəninin fars müdiri və tehranlı mühafizəçilər qaçmağa məcbur olublar.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …