Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Tikantəpədə əhali mədənlərin isfahanlı farslar tərəfindən talanmasına etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsində Oğulbəy kəndinin əhalisi öz mədənlərinin isfahanlı farslar tərəfindən talanmasına etiraz edirlər.

Etiraz edən kəndlilər mədən istismarında qaydalara riayət olunmadığı üçün bölgə əhalisinə ziyan dəydiyini, əkin sahələri və ekologiyanın çirkləndiyini, onsuz da bərbad durumda olan yollarının mədənçilərin ağır texnikaları vasitəsilə dağıdıldığını bildirirlər.

Etiraz aksiyasına qatılan yerli əhali və ətraf mühit fəalları bölgə mədənlərindən mədən çıxarma qaydalarının qeyri-standart olduğunu, ətraf mühitin qorunmasına əhəmiyyət verilmədiyini bildiriblər.

Etirazçılar əl-ələ verərək bölgədə insan halqası formalaşdırmaqla həmin mədənin talanmasına etirazlarını bildirdilər.

Qeyd edək ki, İran rejimi Güney Azərbaycanın mədənlərini, o cümlədən Tikantəpə bölgəsinin mədənləri talayıb fars bölgələrinə daşıyır. Yerli əhaliyə qalan isə mədən işləri nəticəsinə baş verən ekoloji fəlakət və ətraf mühitin çirklənməsi olur. Bu da haqlı olaraq əhalinin narazılığı və etirazına səbəb olur.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …