Bazar , Oktyabr 25 2026
azfa

Tikantəpədə Azərbaycanın qızılını talayan rejimin şirkətləri partlayış törətməklə əhalinin evinə xəsarət yetirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpənin Zərəşoran Qızıl Yatağında rejimin şirkətləri Azərbaycanın qızılını talamaq məqsədilə törətdikləri partlayışla Zərəşoran kənd sakinlərinin evlərinə xəsarət yetiriblər.

Kənd sakinlərindən birinin dediyinə görə mədəndə baş verən partlayışlar nəticəsində evinin divar və tavanında çatlar əmələ gəlib.

O deyib ki, qızıl mədəninin məsulları öz şəxsi qazancları üçün ətraf kəndlərdə yaşayan əhalinin evlərini xarabaya çevirirlər. Kənd sakini problemlərinin həlli üçün hara müraciə etməli olduqlarını bilmədiklərini söyləyir.

Qeyd edək ki,əvvəllər də qızıl yatağında törədilən partlayışlar nəticəsində dəfələrlə Zərəşoran, Yeni Kənd və Yer Əziz kəndlərində yaşayan əhalinin evlərinin xəsarət almasına səbəb olub. Kəndlilərin etiraz və müraciətləri isə cavabsız qalıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …