Şənbə , Aprel 19 2025
azfa

Tokayev: Qazaxıstan, Özbəkistan və Azərbaycan yaşıl enerji xəttinin tikintisi üzrə işlərə başlayırlar

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa İttifaqı” sammitində çıxışı zamanı deyib ki, Qazaxıstan, Özbəkistan və Azərbaycan Xəzər dənizi üzərindən yaşıl enerji ötürmə xəttinin tikintisi üzrə işlərə başlayırlar.

“Qazaxıstan bərpa olunan enerji və təmiz yanacaq sahəsində layihələr həyata keçirir. Biz külək və günəş enerjisinin gücünü artırır, həmçinin çoxillik partnyorlarımız olan “Total”, “Eni”, “Svevind” və digər Avropa şirkətləri ilə birlikdə “yaşıl” hidrogen istehsalı üçün layihələr hazırlayırıq. Bundan əlavə, Qazaxıstan Özbəkistan və Azərbaycanla birlikdə Avropa bazarlarına əlavə çıxış imkanı ilə Xəzər dənizi üzərindən yaşıl enerji ötürücü xəttinin tikintisi üzrə genişmiqyaslı layihə üzərində işə başlayır”, – deyə qeyd edib.

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …