Çərşənbə , Avqust 19 2026
azfa

“Tövbə adı ilə zülmə baş əyməyəcəyik!”- Yusif Kari doğum gününü zindanda siyasi məhbuslarla keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda tanınmış azərbaycanlı milli fəal Yusif Kari ikinci dəfə olaraq ad gününü rejimin Ərdəbildə yerləşən zindanında siyasi məhbuslarla birlikdə keçirib.

Qeyd edək ki, Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən yaxalanmışdır. O sonralar rejimin Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilmişdi. Lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Aprelin 27-də Ərdəbil zindanının məsulları azərbaycanlı siyasi məhbuslar Yusif Kari və Mehrdad Şeyxi ilə görüşmüşdülər.

Onlar azərbaycanlı milli fəallara bildirmişdilər ki, həbs cəzasının qalan hissəsi bağışlana və azad olunmaları barədə qərar verilə bilər. Lakin onlar bundan sonra milli fəaliyyət göstərməyəcəklərinə dair öhdəlik götürməlidirlər.

Hər iki siyasi fəal bu təklifi rədd edib və fəaliyyətlərinin qanuni, onlara qarşı irəli sürülən ittihamların isə əsassız olduğunu bildiriblər.

Həmçinin yoxlayın

Babülməndəb boğazı sahilində ərazinin husilər tərəfindən ələ keçirilməsi planı ilə bağlı xəbərdarlıq

QADTB: Fransa Xəbər Agentliyi çərşənbə günü Yəmənin rəsmi hökumətindəki bir nazirə istinadən xəbər verib ki, …

Türk adı səbəbilə azərbaycanlı körpə Eylinə iki aydır doğum haqqında şəhadətnamə verilmir

GADTB: Şəbüstər bölgəsinin Şərəfxana şəhərindən olan azərbaycanlı körpə Eylinin valideynləri qızlarının iki aylığını qeyd etdikləri …