GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika prezidenti Donald Tramp “Amerikanın səsi”nin İran, Rusiya və Çinə kimi diktator dövlətlərinin yalanlarını tirajlamaqda günahlandırıb.
O deyib ki,”Amerikanın səsi” ABŞ haqqında dəhşətli şeylər danışır.
Tramp çıxışı zamanı Demokratlar Partiyasına etiraz edib və bildirib ki, onların ucbatından Maykl Peki iki ildir Yayım Şurasına rəhbər gətirə bilmirlər:
“Bu bizə “Amerikanın səsi”ni idarə etməyə imkan vermir. Onların bizim ölkə haqqında dedikləri çox dəhşətlidir”.
Qeyd edək ki, İran, Çin və Rusiya kimi diktator dövlətlər ABŞ-dakı demokratik mühitdən istifadə edib Amerikanın səsində özlərinə yaxın şəxslərin işə qəbuluna müvəffəq olublar. Təkcə Amerikanın səsi deyil, həmçinin BBC-də də irqçi farslar o qədər dərin kök salıb ki, BBC artıq Antiazərbaycan və azntitürk şəbəkəyə çevrilib. Maraqlıdır ki, hətta BBC-nin fars bölümü molla rejiminin tamamilə mənafeinə uyğun təbliğatla məşğuldur.