Tramp CNN-in “İranın nüvə obyektlərinin hələ də fəaliyyətdə olması” ilə bağlı xəbərinə reaksiya verib

GADTB: ABŞ prezidenti Donald Tramp dünən CNN telekanalının “İranın nüvə obyektlərinin hələ də fəaliyyətdə olması” ilə bağlı xəbərinə qəzəblənib.

 O, “Truth Social” sosial şəbəksində telekanalın xəbərini saxta adlandıraraq yazıb:

“CNN iflasda olan “The New York Times” ilə birləşərək tarixin ən uğurlu hərbi zərbələrindən birini kiçiltməyə cəhd edir. İrandakı nüvə obyektləri tamamilə məhv edildi! Həm Times, həm də CNN ictimaiyyət tərəfindən sərt tənqid olunur!”

Qeyd edək ki, dünən CNN telekanalı ABŞ-nin İslam Respublikasına hücumlarından sonra yazıb ki, “İranın nüvə obyektləri hələ də fəaliyyətdədir və məhv edilməyib”.

Bildirilib ki, ABŞ-nin hava zərbələri Fordo nüvə obyektinə dərindən təsir göstərə bilməyib. Eyni zamanda, bu obyektlərdəki sentrifuqaların çoxu toxunulmaz olaraq qalır.

Qeyd olunub ki, İran gizli nüvə obyektlərini qoruyub. ABŞ və İsrailin sözügedən obyektlərin yeri ilə bağlı heç bir məlumatı yoxdur.

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …