Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail olmaqda olduğunu və indi rejimin işini birdəfəlik bitirmək, yaxud onun tədricən zəifləməsinə imkan vermək barədə qərar verməli olduğunu bildirib.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, İran İslam Respublikasının artıq ciddi addımlar atmaq imkanları qalmayıb və ABŞ istəsə, bütün nefti, hətta ölkənin bütövlükdə özünü də ələ keçirə bilər.

Tramp Hörmüz boğazının tamamilə ABŞ-ın nəzarətində olduğunu bəyan edərək, hazırda bu su yolundan keçən neftin həcminin bir il əvvəlkindən daha çox olduğunu bildirib.

Donald Tramp – birinci video: “Bilirsiniz, sual budur ki, onun işini birdəfəlik bitirmək istəyirik, yoxsa sadəcə tədricən zəifləməsinə imkan verək? Çünki istədiyimiz hər şeyə nail oluruq.

Və Stiv, bu gün Hörmüz boğazından bir il əvvəlkindən daha çox neft keçir”.

Donald Tramp – ikinci video: “İran İslam Respublikası hazırda ciddi bir şey etmək iqtidarında deyil və biz istəsək, bütün nefti asanlıqla ələ keçirə bilərik. Bütün ölkəni ələ keçirə bilərik. Bütün nefti ələ keçirə bilərik.

Və bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir”.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …