Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: İran İslam Respublikası razılaşma fürsətini itirdi, indi bunun bədəlini ödəməlidir

GADTB: Donald Tramp sərt bəyanatla çıxış edərək İran İslam Respublikasının hərbi qüvvələrinin vəziyyətini “qarışıq və məğlub olmuş” kimi qiymətləndirib. O iddia edib ki, İranın hərbi potensialının bir hissəsi, o cümlədən dəniz və hava qüvvələri artıq faktiki olaraq mövcud deyil.

Tramp bildirib ki, İran “yalnız danışır, lakin əməli addım atmır” və Tehranın əlverişli hesab etdiyi bir razılaşma üçün danışıqlar aparmaq imkanını əldən verdiyini vurğulayıb. Onun sözlərinə görə, İran artıq bunun nəticələrinə qatlaşmalı olacaq.

Trampın paylaşımında deyilir:

“İran İslam Respublikasının ordusu tam bir qarışıqlıq içindədir. Onun böyük hissəsi, o cümlədən dəniz və hava qüvvələri artıq demək olar ki, mövcud deyil — onlar tam məğlub ediliblər. İran İslam Respublikası yalnız danışır və heç bir əməli iş görmür. Yaxın Şərqin zorbası artıq bitib!

Onlar özləri üçün çox sərfəli ola biləcək bir razılaşma barədə danışıqlar aparmaq üçün həddindən artıq vaxt itirdilər. İndi isə bunun bədəlini ödəməlidirlər!”

Bəyanatın tonu Vaşinqton ilə Tehran arasında davam edən gərginlik fonunda diqqət çəkir. Tramp çıxışında İranın hərbi və siyasi mövqeyinin zəiflədiyini iddia edərək, mümkün razılaşma imkanının artıq əldən çıxdığını vurğulayıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …