Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Tramp: İran İslam Respublikası rejiminə qarşı növbəti hərbi hücum ilk hücumdan beş dəfə güclü ola bilər; müharibəni çox sürətlə başa çatdıra bilərik

ABŞ prezidenti Donald Tramp “C-SPAN” telekanalının canlı efir proqramına telefonla qoşularaq İran İslam Respublikası rejiminə qarşı müharibəni sürətlə başa çatdırmaq imkanına malik olduqlarını bildirib. O, yeni hərbi hücum qərarı veriləcəyi təqdirdə, zərbələrin gücünün ilk hücumdan təxminən beş dəfə artıq ola biləcəyini vurğulayıb.

Tramp hazırda Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt də daxil olmaqla, region ölkələrinin xahişi ilə genişmiqyaslı yeni hücum əvəzinə mövcud yanaşmanı davam etdirməyə üstünlük verdiyini bildirib.

ABŞ prezidenti həmçinin Natanz yaxınlığındakı “Küləng-Gəzla” dağında yerləşən yeraltı obyektlərin hələ də hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib və İran İslam Respublikası rejiminin heç vaxt nüvə silahı əldə etməsinə imkan verilməməli olduğunu vurğulayıb.

Donald Tramp daha sonra “Küləng-Gəzla” adlandırılan obyektə mümkün hücum ehtimalına toxunaraq deyib: “Əgər onlar nəsə etməyə çalışsalar, Küləng-Gəzlanı hədəfə almaq məcburiyyətində qala bilərik. Hazırda belə bir şey görmürük. Həmin ərazini havadan çox ciddi şəkildə müşahidə edirik. Belə bir fəaliyyət müşahidə etmirik”.

O, daha sonra vurğulayıb: “Lakin əsas məsələ budur ki, İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik, çünki ondan istifadə edəcəklər”.

ABŞ prezidenti hərbi əməliyyatları davam etdirmək və ya razılaşmaya doğru irəliləmək barədə qərarını şərh edərkən deyib: “İndi məsələ ondadır ki, bu işi sürətlə başa çatdıra bilərəm, ya yox. Bu şəkildə hərəkət etməyimin səbəbi Qətərlə danışıqlar aparmağımdır. Bildiyiniz kimi, bu gün Qətərin baş naziri Oval kabinetdə idi”.

O əlavə edib: “Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytlə də danışıram. Bunlar, əslində, ağır hücumlara məruz qalmış qonşu ölkələrdir”.

Tramp həmin ölkələrin mövqeyini izah edərək bildirib: “Onlarla apardığım danışıqlarda gördüm ki, onlar daha bir hücumun həyata keçirilməsindənsə, məsələnin bu şəkildə davam etməsinə üstünlük verirlər”.

Tramp deyib ki, İrana qarşı növbəti hücum həyata keçirilərsə, bu, “ilk hücumdan təxminən beş dəfə daha böyük olacaq. Həmin ilk hücum onları, demək olar ki, darmadağın etmişdi”.

ABŞ prezidenti bildirib: “Mən də məsələnin bu şəkildə davam etməsinə üstünlük verirəm. Düşünürəm ki, sizə deyə bilərəm: İran razılaşma istəyir. Görək, bu baş verəcək, ya yox”.

Tramp bazar ertəsi Qətərin baş naziri ilə görüşündən sonra “Reuters” agentliyinə verdiyi müsahibədə də Qətər və Səudiyyə Ərəbistanının sülh yolu ilə həllə üstünlük verdiyini, lakin ABŞ-ın istənilən vaxt hərbi hücumları bərpa etməyə hazır olduğunu bildirmişdi.

Həmçinin yoxlayın

10 Noyabr- Atatürkün anım günüdür

GADTB: Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Atatürk 1938-ci il noyabrın …

Hegset İran İslam Respublikası rejiminə qarşı hücumları müdafiə etdi: “Radikal islamçıların nüvə bombasına sahib olmasına imkan vermək olmaz”

GADTB: ABŞ-ın müharibə naziri Pit Hegset bildirib ki, “radikal islamçıların” nüvə bombasına sahib olmasına imkan …