Çərşənbə axşamı , İyun 23 2026
azfa

Tramp: İran Vaşinqtonla razılaşmaya əməl etməsə, lazım olan hər şeyi edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, 1 tir tarixində bildirib: “Əgər İran Vaşinqtonla əldə etdiyi razılaşmaya əməl etməsə, lazım olan hər şeyi edəcəyəm.”

Ağ Evdə jurnalistlərlə söhbət edən Donald Tramp əlavə edib: “Əgər İran razılaşmaya əməl etməzsə və ya davranışı uyğun olmazsa, zəruri hesab etdiyim addımları atacağam.”

O, bu barədə əlavə təfərrüat verməyib.

ABŞ Prezidenti vurğulayıb: “Nə qədər ki, onlar bizə hörmət göstərirlər, hər şey yaxşı gedəcək. Hörmət göstərməsələr, vəziyyət yaxşı olmayacaq.”

Donald Tramp İranın bloklanmış vəsaitlərinin sərbəst buraxılması ilə bağlı deyib:

“Azad ediləcək pullar ərzaq alınmasına sərf olunacaq və bu da yalnız ABŞ vasitəsilə, bizim fermerlərdən ediləcək.”

O bildirib ki, qarğıdalı, soya və digər kənd təsərrüfatı məhsulları İranla əldə olunan son razılaşmalar çərçivəsində amerikalı fermerlərdən alınacaq.

Trampın sözlərinə görə: “Fermerlərimiz çox sevinclidirlər. Mən çoxlu zənglər almışam. Onlar bundan son dərəcə razıdırlar.”

Bu açıqlamadan az sonra İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti reaksiya verərək bildirib:

“İmzalanmış memorandumlara əsasən ABŞ-dan kənd təsərrüfatı məhsulları və ya yem əlavələri almaq öhdəliyimiz yoxdur.”

O əlavə edib ki, əgər Amerika məhsullarının qiyməti və keyfiyyəti digər ölkələrlə müqayisədə daha münasib olsa, onların alınmasına maneə yoxdur. Himməti qeyd edib ki, son illərdə də kənd təsərrüfatı sahəsində bəzi alışlar iri Amerika və Avropa şirkətləri vasitəsilə həyata keçirilib.

Tramp: Nüvə silahı iqtisadi durğunluq yarada bilər

Jurnalistlərdən biri Trampdan soruşub:

“İrana yenidən hücum etmək üçün iqtisadi fəlakət riskini qəbul etməyə hazırsınızmı?”

ABŞ Prezidenti cavab verib: “Nüvə silahı iqtisadi durğunluqdan daha vacib məsələdir. Durğunluq çox pis şeydir, amma nüvə silahı daha sürətlə belə nəticələr yarada bilər.”

Jurnalist İranın memorandum şərtlərinə əməl etməyəcəyini söylədikdə Tramp bildirib:

“Mən bunun mütləq durğunluğa səbəb olacağını demədim, dedim ki, ola bilər. Mən Herbert Huver kimi olmaq istəmirəm.”

Başqa bir jurnalistin İranın bu məsələdə üstünlük əldə edib-etmədiyi barədə sualına isə Tramp sərt cavab verərək deyib: “Bütün ölkələri dağılıb. Belə sual vermək çox mənasızdır.”

Donald Tramp çıxışının başqa hissəsində vurğulayıb: “Hörmüz boğazı tam açıqdır. Biz iki şey istəyirik: açıq boğaz və heç vaxt nüvə silahına sahib olmayacaq bir ölkə.”

Bir jurnalist ABŞ Maliyyə Nazirliyinin İranın neft sanksiyalarını ləğv etdiyini xatırladıb.

Tramp cavabında bildirib: “Bunun vəziyyətini dəqiq yoxlamalıyam. Həmin pulların hamısı ərzaq alınmasına yönələcək. Onların 91 milyon əhalisi var və öz ərzaq ehtiyaclarını təmin edə bilmirlər.”

Jurnalistin İranın neft gəlirlərini ordunun yenidən qurulmasına sərf edə biləcəyi ilə bağlı sualına isə Tramp belə cavab verib:

“Belə etməyəcəklər.”

ABŞ Prezidenti çıxışının sonunda İranla müharibədə iştirak etməyən bəzi ölkələri də tənqid edib və deyib:

“İtaliya çox pis davrandı, digər bəzi ölkələr də. Almaniya da çox pis idi.”

Həmçinin yoxlayın

Ekoloqlardan xəbərdarlıq: “Xəzər dənizinin səviyyəsi kəskin azalır”

GADTB: İranın ətraf mühit qurumları Xəzər dənizində müşahidə olunan sürətli su azalması ilə bağlı ciddi …

ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək

GADTB: 24 iyunda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış …