Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Tramp İranla bağlı tez bir zamanda qərar verəcəyini deyir

GADTB: ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə müsahibəsində deyib ki, “İranla bağlı bir qrup müşavir və şəxslərlə görüşüb və tezliklə bu məsələ ilə bağlı qərar verəcək”.

Məlumata görə, Tramp bu qərarla bağlı əlavə açıqlama verməyib. Bildirilib ki, ABŞ prezidentinin bu sözləri Tehran və Vaşinqtonun Oman danışıqlarını müsbət və konstruktiv qiymətləndirməsindən sonraya təsadüf edir.

Eyni zamanda“Tasnim News” xəbər verir ki, “Axios” nəşri İran və ABŞ arasında dolayı danışıqların növbəti mərhələsinin çox güman ki, İtaliyanın paytaxtı Romada baş tutacağını yazıb.

Məlumata görə, Tramp administrasiyası bu raundun Romada keçirilməsini istəyir.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …