Cümə axşamı , İyun 11 2026
azfa

Tramp İranla bağlı tez qərar verməlidir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün qədər tez qərar verməlidir.

Bunu Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

O bildirib ki, Yaxın Şərqdəki vəziyyət keçmişə qayıtsa, bölgədə tamamilə fərqli mənzərə yaranacaq.

Bolton İrandakı rejimin devrilməsi halında Tehranın proksi qüvvələrinin gələcək taleyi barədə danışarkən qeyd edib ki, bu durumda onlar başqa yerlərdən dəstək almağa çalışacaqlar.

Bununla belə, o əlavə edib ki, İranın dəstəyini itirməsi Livanda “Hizbullah”, Yəməndə “Ənsarallah” (husilər), Qəzza zolağında HƏMAS və İraqda şiə silahlı qruplarını olduqca çətin vəziyyətə salacaq.

Həmçinin yoxlayın

Türkiyədən Kipr razılaşmalarına qarşı təşəbbüslərə sərt etiraz

GADTB: Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr …

ABŞ və İran hücumlara baxmayaraq danışıqları davam etdirir

GADTB: Bu gün CNN telekanalı xəbər verir ki, ABŞ və İran gecə baş verən qarşılıqlı …