Bazar ertəsi , Fevral 9 2026
azfa

Tramp irqçi fars rejimin 17 ABŞ casusu tutduğu barədə iddiasını sayaqlama adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp MKİ əməkdaşlarının İranda ələ keçməsi ilə bağlı məlumatları yalan adlandırıb.

“İranın MKİ agentlərini ələ keçirməsi xəbəri tamamilə yalandır. Uğursuz və nə edəcəyi haqda heç bir fikri olmayan bir dini rejim tərəfindən ortaya atılan daha çox yalan və təbliğat. Nə etmək olar? İqtisadiyyat məhv olub və daha da pis olacaq”, – Tramp bildirib.

Qeyd edək ki, İran ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 17 casusunu yaxaladığını iddia edib.

Bu barədə məlumatı İran Kəşfiyyat Nazirliyi yayıb. Məlumata görə, yaxalanan şəxslərin hamısı MKİ tərəfindən ölkə daxilində təlim verilərək yetişdirilib.

Ələ keçirilən casusların iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələrdə, eləcə də xüsusi əhəmiyyət kəsb edən özəl sektorda çalışdığı və burada gizli məlumatlar topladığı bildirilib. Yaxalanan casusların bir qisminin ölüm hökmünə məhkum edildiyi vurğulanıb.

Ötən gün bu barədə danışan Kəşfiyyat naziri Mahmud Ələvi onların sayı və barələrindəki hökmlə bağlı bu gün məlumat yayılacağını bildirmişdi.

Həmçinin yoxlayın

“World Defence Show 2026”-da Azərbaycanın 180 adda hərbi məhsulu nümayiş olunur

GADTB: Azərbaycanın Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı …

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …

Bir cavab yazın