Cümə , Noyabr 6 2026
azfa

Tramp İslam Respublikası rejiminə qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalının nəzərdən keçirildiyini açıqladı

GADTB: “Foks Nyus”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik komandası üzvləri ilə görüşdüyü bir vaxtda Birləşmiş Ştatlar İslam Respublikası rejiminə qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalını nəzərdən keçirir.

“Foks Nyus” bu barədə yazıb ki, yüksək vəzifəli rəsmilər Ağ Evdə çərşənbə və cümə axşamı günləri görüşlərin keçirildiyini təsdiqləyiblər. Eyni zamanda, yayılan məlumatlara görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mümkün əməliyyatın həyata keçirilməsi üçün hazırlıqları yekunlaşdırır.

Tramp jurnalistlərlə söhbətində deyib: “Əgər mümkün olsa, ölkənin qalan hissəsini də məhv etməməyi üstün tutaram, amma bəlkə də buna məcbur olacağam. Bunu tezliklə öyrənəcəksiniz”.

Məlumata görə, hərbi əməliyyatların bərpası ilə bağlı hələlik heç bir əmr verilməyib. Lakin ABŞ rəsmiləri növbəti addımları nəzərdən keçirirlər. Eyni zamanda, Vaşinqton İslam Respublikası rejiminin nüvə proqramına qarşı əlavə tədbirlər görmək üçün mümkün variantları da araşdırır.

Həmçinin yoxlayın

İrana qarşı hücum üçün ciddi hazırlıq gedir

GADTB: ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa etmək ehtimalını nəzərdən keçirir. “Fox …

Pit Heqset: İslam Respublikası heç vaxt nüvə silahına sahib olmayacaq; biz müharibəyə yenicə başlamışıq və işi sona çatdırmaqda qərarlıyıq

GADTB: ABŞ-ın müharibə naziri Pit Heqset Pentaqonda etdiyi son çıxışında bildirib ki, Vaşinqton İranın nüvə …