
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp komandası İranla razılaşma olmazsa, müharibənin baş verəcəyinə inanır.
“Axios” nəşri bu gün yazıb ki, Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqdir, ancaq onun milli təhlükəsizlik komandasında bu məqsədə çatmağın ən uğurlu yolu ilə bağlı fikir ayrılığı var.
Amerika rəsmiləri hansı yolun daha uğurlu olacağı ilə bağlı fikir ayrılığına düşsələr də, İranla razılıq əldə olunmasa, müharibənin başlayacağına inanırlar.