Cümə axşamı , Oktyabr 8 2026
azfa

Tramp son hücumdan sonra molla rejiminə sərt xəbərdarlıq etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bildirib ki, İran addımlarını davam etdirərsə, Vaşinqton hərbi əməliyyatları tam şəkildə başa çatdırmağa məcbur qala bilər.

Trampın sözlərinə görə, əməliyyat İranın atəşkəs razılaşmasını növbəti dəfə pozmasına cavab olaraq həyata keçirilib.

ABŞ prezidenti xəbərdarlıq edib ki, əgər Tehran atəşkəs öhdəliklərini pozmağa davam edərsə, Vaşinqton daha sərt addımlar ata bilər. O bildirib ki, belə bir vəziyyətdə ABŞ hərbi əməliyyatlarını genişləndirə bilər və bunun “İran İslam Respublikasının mövcudluğuna son qoya biləcək” nəticələr doğuracağını açıqlayıb.

“Elə bir vaxt gələ bilər ki, artıq biz təmkinli davrana bilməyəcəyik və çox uğurla başladığımız işi hərbi yolla tamamlamaq məcburiyyətində qalacağıq.”

“Əgər belə bir hadisə baş verərsə, İran İslam Respublikası artıq mövcud olmayacaq!”

Tramp vurğulayıb ki, İran atəşkəs razılaşmasını pozub.

Həmçinin yoxlayın

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

GADTB: Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən …

İranda minlərlə tibb bacısı işdən imtina edib

GADTB: Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə …