Bazar ertəsi , İyul 20 2026
azfa

Trampın xəbərdarlığından sonra İran İsrailə hücumların dayandırıldığını elan etdi

GADTB: ABŞ Prezidenti Donald Trampın xəbərdarlığından təxminən bir saat sonra İran İslam Respublikasının hərbi qurumları İsrailə qarşı hücumların dayandırıldığını açıqlayıblar.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahı bazar ertəsi yaydığı bəyanatda bildirib ki, İsrailin Beyrutun Dahiyə bölgəsinə endirdiyi zərbədən sonra İran İsrailə qarşı “ağrılı cavab” verib və bundan sonra əməliyyatların dayandırılması barədə qərar qəbul olunub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp həm İsrailin, həm də İran İslam Respublikasının “dərhal atəşkəsin bərqərar olunmasında maraqlı olduqlarını” və “sülh”lə bağlı yekun danışıqların irəlilədiyini bəyan etmişdi.

Tramp özünün Truth Social sosial şəbəkəsində yazmışdı:

“Hər iki tərəf dərhal atəşkəsin əldə olunmasını istəyir. ‘Sülh’ barədə yekun danışıqlar irəliləyir, yetər ki, nadanlıq və ya ağılsızlıq buna mane olmasın.”

Bu açıqlamalar bölgədə son günlər artan hərbi gərginlik fonunda verilib və tərəflər arasında mümkün atəşkəs ehtimalını gücləndirib.

Həmçinin yoxlayın

Ermənistandakı tikinti layihələrinin üçdə ikisini İran şirkətləri icra edir

GADTB: İran parlamentinin erməni millət vəkili Ara Şahverdyan bildirib ki, hazırda Ermənistanda həyata keçirilən texniki, …

İsrailin İran İslam Respublikası qarşısında son ssenariləri

GADTB: İsrail tam döyüş hazırlığı vəziyyətinə gətirilib və bu ölkəni İran İslam Respublikası ilə müharibəyə …