
GADTB: Traxtur futbol komandası, Al-Xalidiyə qarşı 3-3 bərabərliklə bitən dönüş matçında, ümumilikdə iki oyunun nəticəsi ilə 5-4 hesabla qalib gəldi və Asiya Çempionlar Liqasının dörddə bir finalına yüksəldi.
Dünən Təbrizin Səhəns Stadionunda keçirilən yarışda azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər.
Azərbaycanlı tərəfdarlar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndirərək, İranın Türklərə qarşı və irqçi rejiminə qarşı müqavimətlərini göstərdilər.
Həmçinin tərəfdarlar “Azərbaycan var olsun-istəməyən kor olsun” və s. milli şüarlar səsləndiriblər.
Video: