Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

“Traxtur” klubun tərəfdarları etiraz aksiyasına çağırış etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” klubun tərəfdarları etiraz aksiyasına çağırış etdilər. Onlar İran rejiminin əlaltısına çevrilib “Traxtur” komandasını məhvə aparan Məhəmmədrza Zunuzinin klubu təhvil verməsini tələb edirlər.

Son vaxtlar “Traxtur” futbol klubunun uduzması, İran Premyer Liqasında zəif iştirakı və yanlış idarəetmə tərəfdarların haqlı narazılığına səbəb olub.

“Traxtur” tərəfdarları klubun hazırkı sahibi Məhəmmədrza Zunuzini İran hökumətinin əlaltısı olaraq bilərəkdən Azərbaycan komandasını gözdən salmaqda ittiham edib və onun klub rəhbərliyindən ayrılmasını tələb edirlər.

Tərəfdarlar bnunla bağlı sosial mediada etiraza çağırış ediblər. Qeyd olunub ki, tərəfdarlar yanvar ayının 1-də Təbriz vaxtilə saat 15:00-da şəhərin “Bonyan Dizel” stadionunda toplaşacaqlar.

Həmçinin yoxlayın

Dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı tərəfdarlar həbs edilbilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Təbrizdə Traxturun yarışında azərbaycanlı …

Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə yoluxma halları artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Araz çayını çirkləndirdiyinə görə, Güney Azərbaycanda xərçəngə …