
GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə edən mövqeyi və açıqlamalarına görə 2 milyard tümən məbləğində cərimə ödəməyə məhkum edilib.
Traxturun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad özü bu məsələ ilə bağlı bildirib:
“Çıxarılan qərar tamamilə ədalətsizdir. Bizi 3:0 hesabı ilə məğlub elan edirlər, digər tərəfdən isə Mələvan komandasından 2 xal çıxırlar. Bu, faktiki olaraq Mələvana 1 xal vermək deməkdir. Bu, gülüncdür. Bu qədər etnik şüar və təhqiramiz ifadələrə görə cəza yalnız iki oyunun azarkeşsiz keçirilməsidir?
Hakim və oyunun müşahidəçisi də öz tərəflərindədir. Bizim əsas problemimiz Futbol Federasiyası ilədir. Azarkeşlər hakimə və ya müşahidəçiyə qarşı təhqiramiz ifadələr işlətmirdilər ki, onlar oyunun keçirilməsi üçün şərait olmadığını desinlər. Təhqirlər bizim komandamıza qarşı yönəlmişdi və futbolçularımızın psixoloji vəziyyəti pozulmuşdu. Bunu nəzərə almalı idilər.
Traxturun Mələvanla oyunda məğlub elan edilməsi nəticəsində komandamız çempionluq mübarizəsində də faktiki olaraq zərərə uğradılıb”.
Klubun İdarə Heyətinin sözçüsü bu məsələyə münasibət bildirərkən əlavə edib: “Bu da bir növ nəticələrin manipulyasiya edilməsidir. Federasiya bu addımı ilə rəqiblərimizə də üstünlük qazandırıb.
Mələvan çempionluq uğrunda mübarizə aparmırdı və onun üçün bir pillə yuxarıda və ya aşağıda olmaq fərq etmirdi! Şübhəsiz ki, Apellyasiya Komitəsinə və digər aidiyyəti qurumlara etirazımızı bildirəcəyik”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi