
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,
Güney Azərbaycanın Kərəc şəhərindən olan “Traxtur” klubunun tərəfdarı Umud Məhəmmədzadə zaminə buraxıldı.
Azərbaycanlı milli fəal və “Traxtur” klubunun tərəfdarı Umud Məhəmmədzadə məhkəmə prosesinin sonuna qədər 100 milyon tümən girov qoyaraq azadlığa buraxılıb.
Hələlik azərbaycanlı fəala qarşı irəli sürülən ittihamla bağlı ətraflı məlumat yoxdur.
Qeyd edək ki, azərbaycanlı milli fəal 7 oktyabr tarixində Kərəc şəhərindəki şəxsi evində təhlmolla rejimin məmurları tərəfindən həbs edilmişdi.