
GADTB: Traxtur komandası Premyer Liqanın 11-ci turunda möhtəşəm hücum futbolu sərgiləyərək Bunyadizel stadionunda bu mövsümün sürpriz komandalarından olan Çadormelu Ərdəkəni 3:1 hesabı ilə məğlub etdi. Komandanın qollarını Domaqoy Drejdek, Tomislav Ştorkaliy və matçın son dəqiqələrində penaltidən digər legioner futbolçu vurdu.
Bu qələbə ilə Trakxtur xallarını 16-ya yüksəldərək, bir oyunu az olmasına baxmayaraq turnir cədvəlinin üçüncü pilləsinə qalxdı.
Oyunun gedişi
Traxtur ilk hissədə bir neçə real qol imkanını dəyərləndirə bilməsə də, ikinci yarıya başlar-başlamaz oyunun taleyi dəyişdi. Məhəmməd (Mədi) Haşimnejadın meydana daxil olması ilə hücumların tempi artdı və qısa müddətdə Traktor ardıcıl iki dəfə Edson Mardenin qapısına yol tapdı.
Çadormelu məğlubiyyətə baxmayaraq mübariz oyun göstərdi. Komanda penaltini dəqiqliklə Hadi Həbibinejadın ayağı ilə qola çevirərək təzyiqi artırmağa çalışdı. Lakin Dragan Skosiçin komandası oyunu nəzarətdə saxlayaraq bir neçə təhlükəli hücum yaratdı və matçın son dəqiqələrində VAR qərarı ilə qazandığı penaltini qola çevirib hesabı 3:1 etdi.
Azarkeşlərin reaksiyası və hakimlik gərginliyi
Matç azərbaycanlı azarkeşlərin xüsusi həssasiyyəti ilə keçirildi. Xüsusilə penaltinin verilməsi anında tribunalardan Alireza Biranvandın penalti vurması ilə bağlı səsli tələb və hakim qərarlarına etirazlar oyuna emosional rəng qatdı.
Traktor üçün bu qələbə həm xallar baxımından, həm də rəqabət mühitində psixoloji üstünlük qazanmaq baxımından böyük əhəmiyyət daşıyır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi