“Traxtur” komandası qələbə qazandı; Güney Azərbaycan şəhərlərində türk milləti küçələrə axışdı

GADTB: İran Premyer Liqasının oyunları çərçivəsində Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Xuzistan əyalətinin ƏƏhvaz şəhərinin “Fulad” komandası qarşılaşıb.

Yarışdünən Təbriz vaxtilə 19:30, Bakı vaxtilə 20:00-da Əhvazın “Fulad arena” stadionunda baş tutub.

Oyunun ilk yarısında qapıların heç birindən qol keçməsə də, ikinci yarının birinci dəqiqəsində Təbriz təmsilçisi rəqib komandanın ilk qolunu vurub.

Oyun 90 dəqiqədə 1-0 “Traxtur”un hesabına başa çatıb.

İran futbol tarixində nadir hallardan biri olaraq oyuna 24 dəqiqə əlavə vaxt artırılıb.

Əlavə vaxtın 18-ci dəqiqəsində “Traxtur”a qarşı tutulan penaltı cəriməsindən sonra hesab 1-1 olub.

Əlavə vaxtın son dəqiqəsi, 24-cü dəqiqədə Təbriz komandası vurduğu qolla hesabı 2-1 edərək qələbəsini qətiləşdirib.

 Bununlada 26 oyunda 61 xal qazanan “Traxtur” komandası turnir cədvəlində liderliyini qoruyub saxlaya, çempionluğa dahada yaxınlaşa bilib.

Qələbədən sonra Güney Azərbaycan şəhərlərində Azərbaycan türk Milləti küçələrə axışaraq milli şüarlar səsləndirib və şənlik ediblər. Molla rejimin məmurları əhalinin şüarları və şənliyinin qarşısını almağa çalışsa da müvəffəq olmayıblar. Təbriz, Urmiya, Xoy, Qoşaçay, Çaypara, Salmas, Xiyav, Əhər, Mərənd, Məlikkəndi və digər Azərbaycan şəhərləeində izdihamlı şənliklər keçirilib.

https://t.me/GADTB1/41926

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …