Bazar ertəsi , May 19 2025
azfa

Traxtur və Nəssaci yarışı bərabər hesabla bitdi; Güney Azərbaycan şəhərlərində Traxtur çempionatı qeyd edildi-Video

GADTB: İran Premyer Liqasının 29-cu həftəsi çərçivəsində Azərbaycanın “Traxtor” komandası Səhənd stadionunda Mazandaranın “Nəssaci” klubunu qəbul edib. Bu maraqlı görüş sonda 3:3 hesabla yekunlaşıb. Amma bu nəticə Nəssaciyə baha başa gəldi və aşağı liqaya düşməsi təsdiqlənərək komanda Birinci Liqaya (Azad Liqa) keçdi.

Bu nəfəs kəsən oyunla Traxtor 65 xal toplayıb və turnir cədvəlinin zirvəsində qalır.

Təbrizin Səhənd stadionunda tamaşaçılar səsləndirdiyi şüarlar: “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

Azərbaycan qızları, göylərin ulduzları!

Azərbaycan var olsun, istəməyən kor olsun!”

Eyni zamanda Güney Azərbaycanın bütün şəhərlərində Traxturun Çempionatı şənliyi keçirilib. Azərbaycan Türk Milləti Güney Azərbaycan şəhərlərində şənlik edərək milli şüarlar səsləndiriblər: “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Urmu, Zəncan, Ərdəbil – Bu səs Təbrizdən glir” və s.

https://t.me/GADTB1/42236

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …