GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Məhəmmədrza Məhərrəmi avqustun 22-də Təbrizin “Traxtur” və BƏƏ-nin “Şarja” futbol komandalarının oyununu izləmək üçün Təbrizin Səhənd stadionuna daxil olarkən rejimin məmurları tərəfindən yaxalanıb.
Fəalım üzərində Urmiya gölünün fotosu və “Urmiya gölü qurumasın” yazısı olan köynək geyindiyinə görə saxlanıldığı və döyüldüyü bildirilir.
Milli fəalın yaxınları bildiriblər ki, Məhəmmədrza Urmiya gölünü dəstəkləyən şüarlar yazılmış köynək geyinən dostları ilə birlikdə stadiona daxil olarkən rejimin məmurları ilə aralarında münaqişə baş verib.