Cümə , Noyabr 14 2025
azfa

Traxturun yarışında milli şüarlar səsləndirildi- Video

GADTB: Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə İraqın “Əş-şurta” komandasının qarşılaşması çərçivəsində azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər.

Onlar mühacir kürdlərin Azərbaycanın qərb bölgəsinə ərazi iddiasına etiraz edərək “Azərbaycan oyaqdı, kürdlər bizə dayaqdı” şüarını səsləndiriblər.  

“Traxtur” futbol komandasının tərəfdarları Güney Azərbaycanın türklərə məxsus olduğunu və yadlara verilməcəyini bildirən şüar yazılmış plakat qaldırıblar: “Bu torpaqdan pay olmaz!”.

Azərbaycanlı tərəfdarlar həmçinin aşağıdakı şüarları səsləndiriblər:

“Urmu, Zəngan, Ərdəbil

Bu səs Təbrizdən gəlir!

Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

https://t.me/GADTB1/46101

Həmçinin yoxlayın

Xameneyinin ölümü ABŞ və İsrail üçün molla rejimini dəyişmək imkanı yarada bilər

GADTB: “Jerusalem Post” qəzeti yazır ki, İranın ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkədə yaranacaq …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İran üçün həyəcan təbili – Tehran təxliyə edilir?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …