
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, TRT Antalya radiosu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Antalyadan Ankaraya qədər məsafəni velosipedlə qət edən Güney Azərbaycandan olan azərbaycanlı hüquq elmləri doktoru Əli Həmzəzadədən müsahibə alıb.
Əli Həmzəzadə müsahibədə keçirdiyi simvolik aksiya ilə bağlı bildirib ki, məqsədi Güney Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və həmrəyliyin əhəmiyyətini vurğulamaqdır.
Qeyd edək ki, Əli Həmzəzadə 3 il əvvəl işğal altında olan Qarabağın azad edilməsi və Güney Azərbaycan uşaqları üçün türkcə kitabların hazırlanması münasibətilə Antalyadan Gürcüstan sərhədinə qədər olan məsafəni qət edib.
Keçən il isə o, Azərbaycan Respublikasının qərbindən şərqə gedən marşrutu qət edərək şəhid Polad Heşimovun heykəlini şəhidin ailəsinə təqdim edib.
Həmçinin Əli Həmzəzadə Urmiya gölünün qurudulmasına diqqəti yönəltmək və buna etiraz olaraq Akdəniz sahilində də 130 kilometr məsafə qət etmişdidi.