Bazar ertəsi , May 19 2025
azfa

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurası Şimali Qibris Türk Cümhuriyyətində toplanırlar

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci toplantısı mayın 1-2-də Şimali Qibris Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada keçiriləcək. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, toplantının gündəmi Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə (adanın yunan tərəfi) səfirlik açması olacaq.

Nəşr Tacikistan və TDT üzvü olan Qazaxıstan və Özbəkistan, eləcə də təşkilatın müşahidəçi üzvü Türkmənistanın qərarı ilə bağlı yazır:

“Tacikistanın Avropa İttifaqının (Aİ) iqtisadi təzyiqləri səbəbindən bəyannamənin müvafiq hissələrini dəstəkləmək məcburiyyətində qaldığı, Aİ-nin bu ölkələrə yardım və investisiyaları kəsməklə hədələdiyi bildirilir. Həmçinin Aİ Özbəkistanı “Genişləndirilmiş Tərəfdaşlıq” dialoqu və investisiyaları dayandırmaqla da hədələyib. Qazaxıstana da təzyiq edildiyi məlum olub.

Türk dövlətlərinin adanın yunan hissəsində səfirlik açmalarına Türkiyə bağlı qapılar arxasında təpki göstərib. İctimai reaksiyanın yunanların işinə yarayacağı üçün belə olduğu vurğulanır. Qeyd olunur ki, ŞKTC-də keçiriləcək ilk üzbəüz görüşdə məqsəd problemi sakitcə və diplomatiya yolu ilə həll etməkdir. ŞKTC Prezidenti Ərsin Tatar Aİ ilə bu razılaşmanın əsas məqsədinin Şimali Kipr Türk Cümhuriyyətinin qarşısını almaq olduğunu bəyan edib”.

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …