Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi planlaşdırılır.

Məlumatı Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım da təsdiqləyib. O, toplantının detallarını açıqlayıb. Şamil Ayrım bildirib ki, toplantının 5-6 may tarixlərində keçirilməsi planlaşdırılıb:

“Türk Dövlətləri Təşkilatının (TDT) parlamentlərinin dostluq qruplarının İstanbuldakı görüşünü may ayının əvvəli üçün planlaşdırdıq. Hazırda gələcək cavabları gözləyirik. TDT üzvlərinə, Şimali Kipr Türk Respublikasına, Macarıstana dəvət məktubları yazdıq. Bu ayın sonuna kimi cavablar gələcək. Bundan sonra da gündəmi müəyyən edəcəyik. 5-6 may tarixləri üçün toplantının keçirilməsi planlaşdırılıb”.

Həmçinin yoxlayın

Azərbaycan nümayəndəsi BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb – VİDEO

GADTB: Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə …

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …