Cümə axşamı , Noyabr 12 2026
azfa

Türk dövlətləri arasında vahid InsurTech ekosistemi yaradıla bilər

GADTB: Türk dövlətləri arasında vahid InsurTech ekosistemi yaradıla bilər. Bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Türkiyə Sığorta Birliyinin (TSB) Baş katibi Özgür Obalı bildirib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi sığorta sektorunda ortaq texnoloji infrastrukturun, məlumat mübadiləsi sisteminin və standartların uyğunlaşdırılmasının təmin edilməsidir. Layihə çərçivəsində KYC, elektron imza, bulud texnologiyaları və açıq sığorta (Open Insurance) prinsiplərinin vahid çərçivədə tənzimlənməsi nəzərdə tutulur.

Özgür Obalı qeyd edib ki, “Turkic World Insurance Union” platforması vasitəsilə bu sahədə koordinasiyanın artırılması və regulyativ uyğunlaşmanın təmin olunması təklif edilir. Bununla yanaşı, startap və investisiya mühitinin gücləndirilməsi, ortaq fondların və sınaq layihələrinin (PoC) yaradılması da təşəbbüsün tərkib hissəsidir.

TSB Baş katibi vurğulayıb ki, bu əməkdaşlıq hələ konseptual mərhələdə olsa da, gələcəkdə Türk dövlətlərinin sığorta bazarlarında rəqəmsal transformasiyanın və innovasiyaların birgə inkişafı üçün əsas platforma rolunu oynaya bilər.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …