Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Türk Dövlətləri Təşkilatının Şimali Kiprlə bağlı mənfi mövqeyi yoxdur

GADTB: Türk Dövlətləri Təşkilatı ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur.

Bu barədə Şimali Kiprdə TDT-nin Ağsaqqallar Şurasının iclasında çıxışı zamanı Şuranın sədri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, mətbuatda yayımlanan bəzi xəbərlər türk dövlətlərinin bir-birinə qarşı hörmət və sevgisini azaltmağa yönəlib və bu xəbərlərə ən gözəl cavab isə TDT-nin Ağsaqqallar Şurasının iclasının Şimali Kiprdə keçirilməsidir.

“TDT-nin Şimali Kiprlə bağlı mənfi mövqeyi yoxdur. Şimali Kiprin müşahidəçi statusu malik ölkə olaraq münasibətlərimizi inkişaf etdirəcəyik. Qeyri məsələlər bizim gündəmimizə daxil deyil. Biz dünənə görə daha da güclüyük”, – B.Yıldırım vurğulayıb.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …