Bazar , Noyabr 29 2026
azfa

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam olur.

Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yazıb: Bu gün tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan Türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.

 “Bu münasibətlə, ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən Təşkilatın bütün üzv və müşahidəçilərini ürəkdən təbrik edir, ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!”, – məlumatda vurğulanıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …