Çərşənbə , Avqust 12 2026
azfa

Türk Dünyasının incisi Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş onlayn konfransı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Türk Akademiyasının, qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş “Böyük Çöl Sivilizasiyası: Tonyukuk İrsi və Çağdaş Türk Düyası” adlı beynəlxalq onlayn konfrans öz işini başa çatdırıb.

Konfransın sonunda dünyanın 15-dən çox ölkəsindən qatılaraq Tonyukuk və Türk dünyası ilə bağlı mühüm məruzələr edən və müzakirələr aparan türkoloqlara, elm adamlarına minnətdarlığını bildirən Beynəlxalq Türk Akademiyasının prezidenti, professor, tarix elmləri doktoru, Darhan Kıdıralı oxunan məruzələr və aparılan müzakirələrdən çox əhəmiyyətli nəticələr hasil olduğunu söyləyib.

Qeyd edib ki, Tonyukuk ilinin 1300 illiyi ilə bağlı bir çox işlər görüləcək. Türkiyə tərəfindən Ankara Böyük Şəhər Bələdiyyəsi parkının açılacağı, Tonyukuk abidəsinin tikiləcəyi barədə xəbər çox sevindiricidir. Türk dil qurumu Tonyukuklə bağlı kitabların çap edilməsini deyib. Monqolustan tərəfi Tonyukuk abidəsinin qorunması üçün UNESCO-ya rəsmi müraciət edəcəyini bildirib. Digər önəmli təkliflər də olub. Biz də il ərzində Tonyukuklə bağlı mühüm tədbirlər keçirməyə çalışacağıq.

Beynəlxalq Akademiyanın prezidenti Darhan Kıdıralı, eyni zamanda, konfrans iştirakçılarına müraciət edərək, təmsil etdikləri ölkələrdə Tonyukuk adına meydanların, küçələrin, parkların olması, heykəllərin ucalması üçün tədbir görmələrini bu ilə bir töhfə olacağını deyib. O, həmçinin Tonyukukun 1300 illiyi münasibəti ilə məktəblərin, universitetlərin, meydanların Tonyukuk adlandırılmasını bu işi bir ənənəyə çevirəcəyi söyləyib.

Sonda, Darhan Kıdıralı bu günümüzə qədər tarixi abidələrimizi, eləcə də, Tonyukuk abidəsini qoruya bildiyi üçün Monqolustan dövlətinə xüsusi təşəkkür edib. Macarıstan, Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən onlayn konfransa qatılan türkoloqlar və elm adamlarına başladılan işi sona çatdırmağı arzulayıb.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın