Türk ölkələrin nazir müavinləri görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 12-də Türkiyə Respublikasının İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin aidiyyəti qurumlarının nazir müavinləri səviyyəsində TDT-nin Nəqliyyatı əlaqələndirmə komitəsinin iclası keçirilib.

Tədbirdə Az’rbaycan; rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə tədbirlər, üzv dövlətlər arasında daşıma prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub.

Eyni zamanda “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş” layihəsi, üzv dövlətlər arasında uçuşların sayının artırılması və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı iclasına hazırlıqla bağlı müzakirələr aparılıb

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …