Cümə axşamı , Aprel 24 2025
azfa

Türk ölkəsi Qazaxıstanda nadir filiz yatağı tapılıb

GADTB: Qazaxıstanda geoloqlar 300 metrə qədər dərinlikdə olduğu təxmin edilən, ehtiyatı 20 milyon tondan çox olan nadir metal yatağı aşkar ediblər.

Bu barədə ölkənin Sənaye və Tikinti Nazirliyinin məlumatında deyilir.

Qazaxıstanın paytaxtından 420 km məsafədə yerləşən Jana yatağının neodim, serium, lantan və itriumdan ibarət olduğu və nadir torpaq metalının orta hesabla hər tona 700 qram təşkil etdiyi bildirilib.

Qazaxıstan hazırda ABŞ Geoloji Xidmətinin tərtib etdiyi nadir metal ehtiyatlarına malik ölkələr siyahısına daxil edilməyib.

Bu tapıntı təsdiqlənərsə, Qazaxıstan ehtiyatlarına görə Çin və Braziliyadan sonra üçüncü olacaq.

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …